Selen Sevyen: `İndi qadınlar daha güclüdür` - MÜSAHİBƏ | EKSKLÜZİV

Selen Sevyen: `İndi qadınlar daha güclüdür` - MÜSAHİBƏ | EKSKLÜZİV
  28 Mart 2014    Oxunub:2836
Çəkik gözləri və hər zaman gülər üzü ilə türk seriallarının ulduzuna çevrilib. “Avropa-Avropa” serialında oynayan Selen Sevyen ötən aylarda polisin narkotika əməliyyatında gündəmə gəldi. Narkotika istifadəçisi olduğundan peşmanlığını dilə gətirən türkiyəli aktrisa ilə müsahibəni təqdim edirik.
- `Avropa-Avropa` serialı birdən bitdi. Səbəbi nə idi?

- Davam etdirə bilərdik. Amma məncə, zamanında bitdi. Çox uzandıqcada maraq itir. Bu serialı hər yaşdan olan insan izləyirdi. Bitəndə bütün kollektivimiz çox üzüldü.

- Son vaxtlar Türkiyədə bir çox seriallar yayımdan qaldırılır.

- Doğrudur, indi serialların çoxu 5-ci bölümündən sonra yayımlanmır. Tamaşaçınının diqqətini çəkə biləcək ssenarilər azdır. Ya kütlə dəyişir, ya da türk xalqı serial izləməkdən yoruldu. Bu serial sektoru üçün çox pis durumdur.

- Film ya serial? Hansı daha çox xoşunuza gəlir?

- Bura teatrı da əlavə edək. Hamısını eyni zövqlə oynayıram. Film daha cəlbedici gəlir. Serial gəlib keçir, film qalır. Teatr isə ər meydanıdır. Orada istedad özünü tam göstərir.



- Çox az rollarda oynayırsınız.

- Bir az ağır rollar istəyirəm. Amma az oynamaq fikri ilə razı deyiləm. Mən ara vermədən oynayıram. Hələki yaşımdan kiçik görünmənin avantajından istifadə edirəm. Bu bir az işin ömrünü uzadır. Ana rollarına bir az gec keçmək istəyirəm. Nə qədər gənc qız rolunda oynasam sanki bununla ömrümü uzadıram. Əslində Oskara getmək istəmirsənsə, bir hədəfin də yoxdur. Ömrümüz çatana qədər gələn təklifləri dəyərləndirəcəyik.

- Sən həm də gözəl olmağıdan istifadə edirsən.

- Gözəl olmaq önəmli. Çünki televiziyada belə bir qayda qoyulur. Amma mən bu məsələdə bir az fərqli düşünürəm. Yaxşı aktirsa olmaqla, görüntü qarışdırılmamalıdır. Sadəcə yaşıl gözlərlə oyunçu olmaq olmaz. Bu hislərlə gələn işdi. Adi bir görünüşü olan insan da çox istedadlı oyunçu ola bilər. Amma nədənsə tamaşaçılar gözəl görmək istəyir. Təəssüf, indi gözəl olan hər kəs ekrana çıxa bilir.

- Bəzən oyunçular rollarının təsirinə düşürlər. Sizin belə durumunuz oldumu?

- Yox. Ciddi anlamda həyatıma təsir etmir. Amma bəzən ləhcələri, xarakterləri, rollardakı yadda qalan sözlərə alışıram. Dostlarımla o cür danışa bilirəm və bundan zövq alıram. İstəməsək də rollarımızın formalaşmağımızda təsiri var.



- `Avropa-Avropa`dan sonra yeni təklif və proyekt varmı?

- Var, yeni serial olacaq. `Məhəllə` serialı. Xalqın yaşantısı ilə bağlı olan və səmimi filmləri çox sevirəm. İnşallah bu serial da tezliklə başlayacaq. Məncə, baxımlı olacaq. Çünki insanlar da belə filmləri sevir.

- Şəxsi sual vermək istəyirəm, icazənizlə. Nədənsə sizi sevgilinizlə görməmişəm. Təksiniz?

- Yox, sevgilim var. Amma sevgili reklam üçün deyil. Belə bir münasibət xoşuma gəlmir. Onunla bir dostumun vasitəsi ilə tanış olmuşam. İlk görəndə bildim ki, bu insana həyatımda yer olacaq. İndi çox sağlam münasibətimiz var. Aramızda sirr yoxdur. Mən sevdiyim insanla hər şeyi danışmağı sevirəm. Düşüncələrimiz eynidir, bir- birimizi anlayırıq. Ona görədə, bizim üçün sevgi qapıları tam açıqdır. Amma onu da etiraf edim ki, indi anamın dönəmindəki səmimi sevgilər də yoxdur.

- Xaraktercə güclüsünüz. Bu onu qorxutmur?



- Əslində kişilər güclü qadından qorxur. Düşünürəm ki, bu kişilərin ciddi olaraq özünə güvənmədiklərindən irəli gəlir. Nədənsə indi qadınlar daha qüvvətlidirlər. Mənim bərabər olduğum insan məni daşıya bilən və güclüdür. Buna görə xoşbəxtəm. Yoxsa münasibətimiz mümkün olmazdı.

- Narkotika əməliyyatı və siz?

- Bu barədə çox danışmaq istəmirəm. Bu dava bağlanıb artıq. Sadəcə deyəcəm ki, bu bir ibrət oldu.

- Sizəmi?



- Həm mənə, həm də hər kəsə. Bu əməliyyat əslində ibrət olsun deyə edildi.



Məhsəti Şərif, istanbul
AzVision.az üçün

PS.
Müsahibənin təşkil edilməsində göstərdiyi köməyə görə türkiyəli jurnalsit Eda Özdəmirə təşəkkürmüzü bildiririk.


Teqlər:  





Xəbər lenti